Fransa klubu satmağa razılaşdı, özü “Qarabağ”ın təklifindən imtina etdi - SON DƏQİQƏ

23 İyun 13:00 Qarabağ 2 398
Fransa klubu satmağa razılaşdı, özü “Qarabağ”ın təklifindən imtina etdi - SON DƏQİQƏ

Xuan Xose Qevaranın “Qarabağ”a keçidi baş tutmayıb.

Ağdam klubu müdafiənin mərkəzini onunla gücləndirmək istəsə də, “Bastiya”da çıxış edən kolumbiyalı bu təklifi geri çevirib.

Hərçənd Fransanın Liqa 2 klubu cənubi amerikalını “köhlən atlar“a satmağa hazır olub.

Qevara “Qarabağ“la yanaşı, Polşadan “Rakuv” və Rusiyadan “Fakel“in dəvətinə “yox“ deyib.

O, daha karyerasını Avropada davam etdirmək istəmədiyini bildirib, bunu ailəvi səbəblərlə əlaqələndirib.

“Bastiya” bu oyunçunu 2024-cü ildə “Fortaleza”dan icarəyə götürüb. Bu yay geri qayıtsa da, fransızlar müqaviləyə salınan 300 min avroluq satınalma bəndindən istifadə edib.

24 yaşlı mərkəz müdafiəçisi Liqa 2-də 31 oyunda forma geyinib, 1 qol vurub və 1 assist edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə