Azərbaycan milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaq

05:40 Basketbol 70
Azərbaycan milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaq

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçiriləcək "Altay" çempionatında (22–23 iyun), həmçinin "Kazakhstan Open" (25–27 iyun) beynəlxalq turnirində iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Gənclərdən ibarət millinin heyətində Zəhra İsayeva, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borci (49 kq), Novruz Əliyev (55 kq), Adil Kazımlı (73 kq) və İsrafil Nəcəfov (78 kq) yer alıblar.

Böyüklərdən ibarət milli komandanın heyətinə isə Minayə Əkbərova (46 kq), Qaşim Maqomedov (63 kq), Vasif Səlimov (68 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq) və Eltac Qafarov (+87 kq) daxildir.

Yarışlarda Azərbaycanı beynəlxalq dərəcəli referilər Gündüz Abdullayev, Aygül Abdullayeva və Ramal Camalov da təmsil edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi