"Neftçi" transferlərdən doymur: Daha iki legioner yoldadır - SON DƏQİQƏ

14:00 Neftçi 523
"Neftçi" transferlərdən doymur: Daha iki legioner yoldadır - SON DƏQİQƏ

"Neftçi" transfer bazarında bir xeyli fəallaşıb.

İlk olaraq xəbər verdiyimiz kimi, artıq iki legioner transferini klub bitirib.

Yarımmüdafiəçi Qustavo Klisman rəsmi olaraq elan edilib.

Mərkəz müdafiəçisi Andrea Qravillon imza atmaq üçün Bakıya gəlib. Hər an 28 yaşlı legionerin keçidi elan oluna bilər.

Amma bu da son deyil.

Klubdan əldə etdiyimiz məlumata görə, daha iki əcnəbi oyunçunun transferi son mərhələdədir.

Hər iki legioner hücumçu mövqeyində çıxış edir.

Sloveniya toplanışına kimi həmin 2 yeni transfer də düşərgədə olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti