Əliyev üçüncü oldu - Fransada

23 İyun 04:30 Digər növlər 349
Əliyev üçüncü oldu - Fransada

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Fransanın Müluz şəhərində keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasına düşüb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı parabadmintonçu qoşa yarışda (SU-5 kateqoriyası) polşalı tərəfdaşı Bartlomey Mroz ilə birlikdə bürünc medal qazanıb.

Bu cüt qrup mərhələsində braziliyalı rəqibləri Ramos Santos və Yeili Rodriges üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən Jen-Yu Fang və Qui Yu Pu cütlüyünə isə məğlub olub.

Bu nəticə ilə yarımfinala yüksələn İbrahim Əliyev və Bartlomey Mroz Malayziya təmsilçiləri Mohamed Azri və Çeah Lyek Hou ilə qarşılaşmada məğlub olaraq turniri bürünc medalla başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM