SON DƏQİQƏ - "Neftçi" bu hucumçunu transfer gündəmindən çıxardı

21:20 Neftçi 545
SON DƏQİQƏ - "Neftçi" bu hucumçunu transfer gündəmindən çıxardı

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirə bilər.

"Ağ-qaralar”ın transfer siyahısında yer alanlardan biri də Pedro Markesdir.

"Apollon"a məxsus olan 28 yaşlı forvardın "Neftçi"yə keçib-keçməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək. Məsələ burasındadır ki, portuqaliyalı ilə “Pafos” da maraqlanır.

Bu mövsüm Çempionlar Liqasının liqa mərhələsində çıxış etmiş Kipr təmsilçisi Pedro ilə danışıqlara start verib.

Karyerası ərzində “Sportinq”B, “Dordrext”, “Den Boş”, “Jil Visente”, “Famalikao” və “Neymegen”də oynamış qolçunun hazırkı klubu ilə müqaviləsi iyulun 1-də başa çatacaq.

Kipr mətbuatının iddiasına görə, o, daha bir klubun radarındadır. Bu, Limassol AEL-idir.

“Sportinq”in yetirməsi qərar verməkdə tələsmir. Çünki forvard onunla maraqlanan klublardan illik 400 min avro maaş tələb edib.

Saytımız Portuqaliyanın aşağı yaş qrupu üzrə millilərində çıxış etmiş hücumçu ilə bağlı “Neftçi“dən məlumat alıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, Pedronun Azərbaycana gəlişi artıq gündəmdə deyil: onun adı transfer siyahısından çıxarılıb.

Bunun başlıca səbəblərindən biri də qarşı tərəfin maliyyə tələblədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti