Məşhur hücumçu avrokuboklarda çıxış etməsi əngəllənən klubla razılaşmadı

14:00 Turan 377
Məşhur hücumçu avrokuboklarda çıxış etməsi əngəllənən klubla razılaşmadı

Avrokuboklara buraxılmayan «Turan Tovuz»dan ayrılanların sayı 5-ə çatıb.

Filip Ozobiç, Şəhriyar Əliyev, Tural Bayramlı və Sergey Samokdan İbrahima Vadji buranı tərk edib.

Bu haqda klubdan saytımıza məlumat verilib.

Bildirilib ki, ötən ilin yayında «Sent-Etyen»dən bura gələn seneqallı hücumçu klubun yeni müqavilə şərtlərini qəbul etməyib.

«Qarabağ»ın 2022-ci ilin sentyabrında 1,8 milyon avro qarşılığında Fransa klubuna satdığı forvard aylıq maaşının artırılmasını istəyib.

Tovuz komandasında keçirdiyi ilk sezonda tez-tez zədə alan, özünü yaxşı tərəfdən göstərməyə çətinlik çəkən 31 yaşlı afrikalı buna rəğmən, daha çox qazanmaq həvəsinə düşüb.

Yerli funksionerlər isə onun bu mövqeyi ilə razılaşmayıb. Vadjiyə son olaraq 200 min dollardan aşağı rəqəmə 1 illik müqaviləyə qol çəkmək təklif edilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti