“Tottenhem” İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçunu yay transfer dövrü üçün prioritet hədəflər siyahısına daxil edib.
Klub rəhbərliyi oyunçunun müqaviləsində nəzərdə tutulan 46,8 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazır olmasa da, daha aşağı təklif variantını nəzərdən keçirir.
Transferin əsas təşəbbüskarının komandanın baş məşqçisi Roberto De Zerbi olduğu bildirilir. İtaliyalı çalışdırıcı Reşfordun oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onu heyətdə görmək istəyir.
Reşford maliyyə tələblərini əhəmiyyətli dərəcədə azaltmağa hazırdır. Buna baxmayaraq, hücumçu karyerasını İngiltərədən kənarda davam etdirməyə daha çox üstünlük verir.
O, ötən mövsüm icarə əsasında çıxış etdiyi “Barselona” forması ilə 49 oyunda 14 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

