Nazir millinin qızlarıyla görüşdə nəyi müzakirə etdi? - FOTOLAR

02:40 Qadın futbolu 99
Nazir millinin qızlarıyla görüşdə nəyi müzakirə etdi? - FOTOLAR

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.

Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub.

Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.

Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib.

O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Fərid Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.

Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.

Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.

Səmimi və məhsuldar şəraitdə keçən görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?