Azərbaycan millisinin müdafiəçisi yeni klubundan nə qədər maaş alacaq?

23 İyun 09:40 Bizimkilər 3 292
Azərbaycan millisinin müdafiəçisi yeni klubundan nə qədər maaş alacaq?

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun yeni klubu müəyyənləşib.

O, karyerasını Rumıniyada davam etdirəcək.

Yığmamızın arxa xətt oyunçusu “Petrolul” ilə 2 illik müqavilə bağlayıb.

Cəlal buna qədər Bolqarıstanda - “Arda”da çıxış edirdi. Son 3 ili Balkan yarımadasına keçirən 23 yaşlı həmyerlimizin müqavilə müddəti bitdiyitndən, sərbəst agent statusu ilə oradan ayrılıb.

Bu keçid onun qazancını artırıb. Əgər bolqarlar təmsilçimizə 6000 avro əməkhaqqı ödəyirdisə, “Petrolul”dan 2000 avro çox maaş alacaq.

Üstəlik, rumınlar müdafiəçiyə 12 ay məvacib verəcək.

Hüseynov "Petrolul"da oynayan ikinci azərbaycanlı olacaq. Ona qədər Elhad Nəziri də 2013-cü ildə "Pertolul"da çıxış edib.

"Bakı"nın yetirməsi bu komandanın heyətində cəmi 2 matça çıxsa da, Rumıniya kubokunun qalibi olmağı bacarıb.

SPORTİNFO.AZ

Azərbaycan millisinin üzvü Rumıniya klubunda - Rəsmi

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!