Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Vinçenzo Montellanın rəhbərlik etdiyi komandanın 2026-cı il dünya çempionatındakı uğursuz çıxışını dəyərləndirib.
Komanda iki oyundan sonra pley-off mərhələsinə yüksəlmək şansını itirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis komandanın oyununun istənilən səviyyədə olmadığını bildirib:
“Futbolçularda lazım olan motivasiya yox idi. Meydanda sönük bir komanda gördüm, oyunda kreativlik çatışmırdı.
Milli komandamız dünya çempionatında özünü göstərə bilmədi. Halbuki bu heyətdə istedadlı futbolçular var”.
Türkiyə millisi turnirdə Avstraliya yığmasına 0:2, Paraqvaya isə 0:1 hesabı ilə məğlub olaraq pley-off şanslarını itirib. Komanda mundialdakı son oyununu ABŞ millisinə qarşı keçirəcək.

