“Neftçi”nin saxlamadığı məşhur Premyer Liqadan hansı klubla danışıqlar aparır?

19 İyun 00:40 Neftçi 1 574
“Neftçi”nin saxlamadığı məşhur Premyer Liqadan hansı klubla danışıqlar aparır?

Bu yay "Neftçi"dən ayrılan Vensan Abubakar karyerasını İraqda davam etdirə bilər.

Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu "Zakho" ilə danışıqlar aparır.

İraq Premyer Liqası təmsilçisi kamerunlu ulduza 1 illik müqavilə təklif edib.

Vensan Abubakar 2025-ci ilin oktyabrında "Neftçi"yə transfer olunmuşdu. Bakı təmsilçisinin heyətində keçirdiyi 18 rəsmi oyunda 9 qol vurub.

O, Premyer Liqadakı məhsuldarlığı ilə seçilib.

Belə ki, meydana çıxdığı 16 çempionat oyununda 7 dəfə fərqlənərək 2025/2026 mövsümünün ən yüksək qol ortalamasına malik futbolçularından biri olub.

Digər Xəbərlər
Xəbər Lenti