“Neftçi”dan yeni mövsüm üçün növbəti transfer

20 İyun 16:40 Neftçi 1 762
“Neftçi”dan yeni mövsüm üçün növbəti transfer

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında “Vissel Kobe”də (Yaponiya) çıxış edib.

Sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!