İngiltərə və Slovakiyaya rəqib olduq - Avropa çempionatında

23 İyun 01:50 Milli komanda 507
İngiltərə və Slovakiyaya rəqib olduq - Avropa çempionatında

Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri də müəyyənləşib.

Millimiz B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq.

A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!