Azərbaycan komandasının bombardiri ermənilərin təklifini qəbul elədi

23 İyun 01:10 Qəbələ 7 446
Azərbaycan komandasının bombardiri ermənilərin təklifini qəbul elədi

"Qəbələ"də ayrılıq yaşanıb.

Sportinfo.az xəbər verir ki, konqolu hücumçu Domi Massumo Ermənistan təmsilçisi "Alaşkert"lə müqavilə imzalayıb.

Bu barədə İrəvan klubunun rəsmi saytı məlumat yayıb.

Massumo başa çatan mövsümdə 9 qolla "Qəbələ"nin bombardiri olub.

"Alaşkert" ötən mövsüm Ermənistan çempionatında 4-cü yeri tutub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!