"Neftçi" Cordan Rezabala ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ekvadorlu yarımmüdafiəçi "Neftçi"yə ötən ilin yayında transfer olunub. O, Bakı kollektivinin heyətində 26 rəsmi oyun keçirib.
"Neftçi" yay fasiləsində Vensan Abubakar, Edvin Kuç, Kristian Kosti və Murad Məmmədovla da vidalaşıb.

