“Sabah” Çempionlar Liqasında nə vaxt meydana çıxacaq?

23 İyun 00:50 Sabah 439
“Sabah” Çempionlar Liqasında nə vaxt meydana çıxacaq?

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la TNS (Uels) arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.

Sportinfo.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Bu, “Sabah”ın tarixində UEFA Çempionlar Liqasındakı ilk oyunları olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?