“Neftçi”də 1+1 illik yeni müqavilə - SON DƏQİQƏ

13:00 Neftçi 715
“Neftçi”də 1+1 illik yeni müqavilə - SON DƏQİQƏ

“Neftçi” də hazırkı durumda bir gün iki günə hesablanır.

Vaxt azalıb, iş çoxdur, hələ ki, yekun nəticə hasil olmur.

Xüsusən legionerlərin gətirilməsində ciddi problemlə üzləşən “ağ-qaralar” diqqəti həm də klubla müqavilə müddəti başa çatan futbolçularla danışıqlara yönəldib.

Paytaxt təmsilçisi sözləşməsinin müddəti sonlanan Emil Balayevlə yeni anlaşma əldə edib,

Razılaşmaya əsasən, 32 yaşlı qapıçı qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək.

Müqavilənin müddəti 1+1 il nəzərdə tutulub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti