Ana oğlu üçün DÇ-nın keçirildiyi stadiona gəldi - VİDEO+FOTOLAR

Ana oğlu üçün DÇ-nın keçirildiyi stadiona gəldi - VİDEO+FOTOLAR

Kabo-Verde komandasının qapıçısı Vozinyanın anası Ana Candida Evora oğlunun oyununu izləmək üçün stadiona gəlib.

Sportinfo.az xəbər verir ki, o, Uruqvaya qarşı keçirilən ikinci turun matçında arenada Vozinya və komandasını dəstəkləyib.

Vozinya turnirin ilk ulduzlarından birinə çevrilmişdi. O, İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasını xilas etmişdi. Matçdan sonra 40 yaşlı qapıçı bildirmişdi ki, anası yüksək xərclərə görə viza ala bilməyib.

Daha sonra ABŞ tərəfindən onun üçün rüsumlar ləğv edilmişdi və o, bu ölkəyə gəlmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi