Millinin baş məşqçisi istefa verdi, ərizəsi qəbul olundu

23 İyun 00:20 Dünya futbolu 469
Millinin baş məşqçisi istefa verdi, ərizəsi qəbul olundu

Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb.

Sportinfo.az KFF-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefası qəbul olunub.

Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.

Bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti