AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil etdi

05:00 Hadisə 83
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil etdi

AMADA kikboksinq üzrə XXX Azərbaycan çempionatının keçirildiyi Gəncə Olimpiya İdman Kompleksində təmiz idman dəyərlərinin təşviqinə həsr olunmuş maarifləndirmə proqramı təşkil edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

AMADA tərəfindən qurulan təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, qadağan edilmiş maddə və üsulların yaratdığı risklər, idmançıların hüquq və öhdəlikləri, həmçinin narkotik vasitələrdən istifadənin sağlamlıq və idman karyerası üçün doğura biləcəyi mənfi nəticələr barədə məlumat verilib.

Ziyarətçilər antidopinq sahəsində biliklərini sınamaq məqsədilə təşkil olunan viktorinalarda fəal iştirak ediblər. Yüksək nəticə göstərənlərə AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Təmiz idman guşəsinin yaradılmasında əsas məqsəd idmançılar, məşqçilər və azarkeşlər arasında antidopinq mövzusunda məlumatlılığın artırılması, ədalətli rəqabət prinsiplərinin təşviqi və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.

Store Neftchi
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi