“Klublar transfer haqlarından (transfer fee) qaçaraq, tamamilə azad agent statusundakı oyunçulara yönəlirlər”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında FIFA lisenziyalı futbol agenti Emil Əsədov deyib.
“Asadov Pro Bridge”nin rəhbəri ölkənin transfer bazarının mövcud vəziyyətini qiymətləndirib:
“Burada əsas məqsəd klubun daxili və ümumi idarəetmə xərclərini sığortaladıqdan sonra qalan xalis büdcə ilə maksimum nəticə verə biləcək heyət qurmaqdır.
Mövcud maliyyə şərtlərini və bazar reallıqlarını nəzərə alsaq, bu kateqoriyadan olan klublar üçün iqtisadi baxımdan ən doğru və optimal variant da elə budur.
Daxili bazarda bu mövsüm həm maliyyə, həm də yaş balansı baxımından ciddi korreksiya müşahidə olunur“.

