Azərbaycanlı xanım UEFA-dan 8 oyuna təyinat aldı

02:30 Bizimkilər 101
Azərbaycanlı xanım UEFA-dan 8 oyuna təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Z. Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.

AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?