Hamı indi bunu soruşur - “Neftçi”də Emin Mahmudov müəmması

20:40 Neftçi 359
Hamı indi bunu soruşur - “Neftçi”də Emin Mahmudov müəmması

Konfrans Liqasında uğur qazanmağı qarşısına məqsəd qoyan “Neftçi”də yeni futbolçuların axtarışları davam edir.

Komandanı tərk edən Vensan Abubakar, Kristian Kostin, Edvin Kuç və Murad Məmmədovun yaratdığı boşluq doldurulmalı, digər mövqelər güclənməlidir.

Lakin buna qədər iki önəmli fiqur – Emin Mahmudovla Freddi Varqasın gələcək taleyinə aydınlıq gəlməlidir.

34 yaşlı Eminin “ağ-qaralar”la müqaviləsinin müddəti başa çatıb.

Baş məşqçi Yuri Vernidub kapitanı növbəti mövsümdə sərəncamında görmək istəyir. Futbolçunun özü də sözləşmənin yenilənməsinə qarşı deyil.

Burada əsas məsələ müqavilənin hansı müddətdə və hansı məbləğ qarşılığında baölanmasıdır.

Emin bugünkü heyətin ən yaşlı və ən çox qazanan futbolçusudur.

Azı 2 illik müqavilə tələb etməsi klub üçün riskdir. Maaş məsələsində ciddi mənada güzəştə getmək istəməməsi də başbilənləri düşünməyə məcbur edir.

Hazırda bu yöndə danışıqlar davam edir. İndiki məqamda Emin Mahmudov azad agent statusuna malikdir. Məsələyə yaxın günlərdə nöqtə qoyulacaq.

“8 nömrə” ötən mövsüm ağ-qara formada Premyer Liqada meydana çıxdığı 32 oyunda 11 qol və 8 assistlə fərqlənməklə qol+ötürmə göstəricisində komandasının ən məhsuldar futbolçusu olub.

HƏBİB / SPORTİNFO,AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti