Vernidubun istədiyi transfer baş tutmaya bilər - 2 milyonluq problem var

21:15 Neftçi 580
Vernidubun istədiyi transfer baş tutmaya bilər - 2 milyonluq problem var

Bu gün "Neftçi" azarkeşlərini ən çox düşündürən suallardan biri Freddi Varqasla bağlıdır.

Ki, klubda qalacaq, yoxsa yollar ayrılacaq?

Məsələ ilə bağlı fanatları üzəcək yeni məlumatlar əldə etmişik.

Hər ötən gün Freddi Varqasın "Neftçi"də qalmaq şansları azalır.

Əldə etdiyimiz məlumata görə, hazırkı məqamda onun karyerasını ölkəmizdə davam etdirmək ehtimalı çox aşağıdır.

Hətta sıfıra yaxın.

Yeganə səbəb isə məxsus olduğu "Makkabi"nin ona görə "ağ qaralar"dan yüksək məbləğdə təzminat tələb etməsidir.

Dünənə qədər söhbət 1-1.2 milyon manatdan gedirdisə, israillilərin ən son tələbi 2 milyon manat olub.

Baş məşqçi Yuri Vernidub yarımmüdafiəçinin qalmasını çox istəyir.

Amma ukraynalı mütəxəssis də ona görə bu qədər xərcə düşməyə qarşıdır.

Qarşı tərəf böyük məbləğdə güzəştə getməsə, Varqasın "Neftçi"yə dönüşü baş tutmayacaq.

27 yaşlı cənubi amerikalı cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.Bu gün "Neftçi" azarkeşlərini ən çox düşündürən suallardan biri Freddi Varqasla bağlıdır.

Ki, klubda qalacaq, yoxsa yollar ayrılacaq?

Məsələ ilə bağlı fanatları üzəcək yeni məlumatlar əldə etmişik.

Hər ötən gün Freddi Varqasın "Neftçi"də qalmaq şansları azalır.

Əldə etdiyimiz məlumata görə, hazırkı məqamda onun karyerasını ölkəmizdə davam etdirmək ehtimalı çox aşağıdır.

Hətta sıfıra yaxın.

Yeganə səbəb isə məxsus olduğu "Makkabi"nin ona görə "ağ qaralar"dan yüksək məbləğdə təzminat tələb etməsidir.

Dünənə qədər söhbət 1-1.2 milyon manatdan gedirdisə, israillilərin ən son tələbi 2 milyon manat olub.

Baş məşqçi Yuri Vernidub yarımmüdafiəçinin qalmasını çox istəyir.

Amma ukraynalı mütəxəssis də ona görə bu qədər xərcə düşməyə qarşıdır.

Qarşı tərəf böyük məbləğdə güzəştə getməsə, Varqasın "Neftçi"yə dönüşü baş tutmayacaq.

27 yaşlı cənubi amerikalı cari mövsümdə Premyer Liqada meydana çıxdığı 30 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti