Azərbaycan komandası Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq

23 İyun 04:40 Digər növlər 368
Azərbaycan komandası Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) yığması Fransanın paytaxtı Parisdə "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026"a 11 nəfərlik heyətlə qa ölkəni təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.

Azərbaycan təmsilçisi B qrupunda Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq.

11 nəfərlik heyət ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Turnirə hazırlıq çərçivəsində komanda üçün yekun təlim-məşq toplanışı təşkil edilib.

Turnirin açılış oyunu Fransa və Seneqal komandaları arasında keçiriləcək. Final qarşılaşmaları isə iyulun 11-də Parisdə yerləşən "Stade Charlety" stadionunda baş tutacaq.

İyulun 6–11-də təşkil olunacaq turnirdə ümumilikdə 24 (12 kişi və 12 qadın seçməsi) komanda iştirak edəcək. Oyunlar 7x7 formatında keçiriləcək. Bu, Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM