Pul xərclədilər, “Neftçi”dən aldılar - Başqa yerə satacaqlar

20 İyun 13:20 Neftçi 2 519
Pul xərclədilər, “Neftçi”dən aldılar - Başqa yerə satacaqlar

“Pafos”un yay fasiləsində “Neftçi”dən Murad Məmmədovu transfer etməsinin səbəbi müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, şəhərin eyniadlı komandası 20 yaşlı yarımmüdafiəçini gələcəyə yatırım kimi görür.

“Pafos” U-21 millimizin üzvü ilə uzunmüddətli müqavilə imzalamaqla yaxın gələcəkdə onu daha böyük futbol ölkələrindəki klublara satmağı hədəfləyir:

“Murad Məmmədovun keçidi “Pafos”un gənc və perspektivli oyunçulara investisiya qoymaq fəlsəfəsini davam etdirdiyini bir daha təsdiqlədi.

Məmmədov Azərbaycanın ən perspektivli istedadlarından biri hesab olunur.

Futbolçu “Pafos”da uğurlu çıxışını davam etdirə bilsə, çox keçmədən daha böyük futbol ölkələrinə yolu açıla bilər. Görünür, rəhbərliyin niyyəti də məhz budur”.

“Neftçi”dən gələn Murad Məmmədov “Pafos”la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə