Zubirlə tet-a-tet: “Bu, bizə baha başa gələ bilər”

20:20 Müsahibə 164
Zubirlə tet-a-tet: “Bu, bizə baha başa gələ bilər”

“Qarabağ”ın kapitanı Abdullah Zubir Sportinfo.az-a müsahibə verib.

34 yaşlı fransalı vonger komandasının “Zirə” ilə keçirdiyi yoxlama matçından sonra sualları cavablandırıbş

- İstirahətdən sonra özünü necə hiss edirsən?

- Ağır mövsümdən sonra dincəlməyə ehtiyac var idi. Normal istirahət etdiyimi deyə bilərəm. İndi isə daha çox çalışmaq və qarşıdakı mövsümə hazır olmaq lazımdır.

- Azarkeşlər yenilənməkdə olan “Qarabağ”dan nə gözləsin?

- Mövsümə Avropa Liqası ilə başlayacağıq. Məqsədimiz təcrübəmizdən istifadə edərək turnirdə uğurlu çıxış etmək və qrup mərhələsinə vəsiqə qazanmaqdır. Çempionlar Liqasından fərqli olaraq burada mərhələni keçməmək bizə baha başa gələ bilər. Çempionlar Liqasında uduzanda digər turnirlərdə davam edirsənsə, Avropa Liqasında vəziyyət fərqlidir. Bütün bacarığımızı ortaya qoyacağıq ki, hədəfə çataq. Bununla yanaşı, çempionata və kuboka xüusi diqqət ayıracağıq.

- Ötən mövsümü titulsuz başa vurmağınız futbolçuların psixoloji durumuna necə təsir edib?

- Həyat kimi futbol da belədir. Hər zaman uğurlu ola bilmərsən. Bəzən işlər istədiyin kimi getmir, bəzən düşündüklərin həyata keçmir. Lakin buna görə ruhdan düşmək lazım deyil. Əksinə, özündə güc tapıb toparlanmalı və daha yaxşısını etməyə çalışmalısan. Əlbəttə, titulsuz qalmağı qəbullanmaq çətindir. Çünki mövsümboyu çempionluq uğrunda mübarizə aparırdıq, maksimumu edirdik. Xatırlayırsınızsa, 2021-ci ildə “Neftçi” çempion olmuşdu. Növbəti mövsüm daha yaxşı oynamaqla həm Konfrans Liqasına vəsiqə qazandıq, həm də çempionluğu qaytardıq. Bu dəfə də maksimumu edəcəyimizə inanıram.

- Beş futbolçu ilə yollar ayrılıb, daha bir neçə oyunçu yol üstədir. Köklü dəyişikliklərdən sonra “Qarabağ” qısa müddətdə ağır mövsümə hazır olacaq?

- Baş məşqçimiz Qurban Qurbanov nə etmək lazım gəldiyini yaxşı bilir. 20 ilə yaxındır “Qarabağ”dadır və bu müddətdə bir neçə dəfə yenilənmə baş verib. Əminəm ki, məşqçilər heyəti bu işin öhdəsindən gələcək. Biz də təcrübəli futbolçular olaraq yeni gələnlərin komandaya uyğunlaşması üçün əlimizdən gələni edirik. İnşallah, birlikdə uğurlu olacağıq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti