“Zirə” heyətinə yeni qapıçı qatıb.
Qəsəbə təmsilçisi Maykon Kleytonu heyətinə qatıb.
Braziliyalı ilə 2 illik müqavilə bağlanılıb.
27 yaşlı kiper daha əvvəl ölkəsində “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio” və “Seara”nın, həmçinin Portuqaliyanın “Portimonense”nin formasını geyinib.
Mövsüm bitən kmi Tiaqo Silva ilə yollarını ayıran “Zirə” bununla da “1 nömrə“ problemini çözüb. Son üç mövsümü burada keçirmiş portuqaliyalı sırf maliyyə məsələsinə görə Azərbaycanı tərk edib.
Ötən sezon 9000 dollar məvacib almış Tiaqoya 12 min dollar təklif olunub, o isə 20 mindən aşağı düşməyib.
Maykon Kleyton isə Konfrans Liqasının iştirakçısına daha münasib qiymətə başa gəlib. Zirənin eyniadlı təmsilçisi 13000 dollardan aşağı rəqəmə qol çəkib.
SPORTİNFO.AZ

