Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Kutaisi, Gürcüstan) oyunlarının başlama saatları müəyyənləşib.
Sportinfo.az bu haqda UEFA-nın saytına istinadən xəbər verir. Komandalar arasında ilk görüş iyulun 8-də Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengelia stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Yarışa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq Azərbaycanın digər təmsilçisi “Neftçi”nin oyunlarının vaxtı isə hələ elan edilməyib.

