Azərbaycan yığmasının məşqçi korpusu ilə yeni müqavilə imzalanmayacaq

23 İyun 11:40 Milli komanda 874
Azərbaycan yığmasının məşqçi korpusu ilə yeni müqavilə imzalanmayacaq

21 yaşadək futbolçulardan ibarət yığmanın məşqçi korpusunda dəyişiklik gözlənilir.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, Rəşad Eyubovun başçılıq etdiyi korpusun müqaviləsinin bitməsinə 3 ay qalıb.

Sentyabrda isə onlarla yolların ayrılması ehtimalı çoxdur. Səbəb U-21-in Avropa çempionatının seçmə mərhələsinin B qrupunda istənilən nəticələrə imza ata bilməməsidir.

Rəşad Eyubov ötən ilin qışında komandanın sükanı arxasına keçib. Ona qədər kollektivi Ayxan Abbasov çalışdırıb.

Sonuncu əsas milliyə yollanandan sonra U-21 Eyubova tapşırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!