«Şəfa»nın himayədarları Premyer Liqaya yanaşmasında növbəti dəfə yenilik edib.
Onlar komandaya cəlb olunacaq legionerlərin sayında limiti artırıblar.
Əgər dünənədək yalnız 6 əcnəbi ilə müqavilənin imzalanmasına razılıq vermişdilərsə, artıq bu rəqəm 8-ə çatdırılıb.
Atılan addım doğrudur, reallığı əks etdirir. Çünki yerli oyunçu bazası çox kasaddır.
Premyer Liqada özünü pis-yaxşı göstərə biləcək futbolçuların qiymətləri «əl yandırır», «Şəfa»nın daxili bazara güc verəcəyini bilənlər elə rəqəmlərdən dəm vurur ki…
Dəyəri 5000 manat olanlar üç dəfə artıq maaş tələb edir.
Digər tərəfdən, mövqelər üzrə çatışmazlıqlar tez-tez üzə çıxır. Məsələn, hücum və yarımmüdafiə xəttini yerlilər hesabına gücləndirmək qeyri-mümkündür, gərək arzuladığını ölkə xaricində axtarıb tapasan.
21 mldən sonra elitaya dönən paytaxt təmsilçisi iyunun ilk 19 gnü ərzində yalnız azərbaycanlı futbolçularla müqavilə bağlayıb.
Bura Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah") və Murad Musayev ("Qəbələ") daxildir.
Gedənlərin sayı isə onlardan xeyli çoxdur: Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov, Ruslan Hacıyev.
Müqaviləsi artırılanlara gəlincə, bu rəqəm hələlik üçdür: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli.
SPORTİNFO.AZ

