I Liqadan gələn hücumçu ilə 2+1 illik müqavilə imzalandı

22 İyun 23:40 Hadisə 668
I Liqadan gələn hücumçu ilə 2+1 illik müqavilə imzalandı

“İmişli”nin yeni mövsüm öncəsi heyətini möhkəmləndirmək istiqamətində yeni transferi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi 24 yaşlı hücumçu Seyxan Fərəcovla 2+1 illik müqavilə imzalayıb.

Son olaraq MOİK-in şərəfini qoruyan Seyxan Fərəcov bundan sonra “İmişli”nin formasını geyinəcək.

Bununla yanaşı, klub gənc qapıçı İmam Əli ilə də əməkdaşlığı davam etdirməyə qərar verib. Onun müqaviləsinin müddəti 2+1 il uzadılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!