Leyla Serbiyada bürünc medal qazandı - FOTO

04:10 Digər növlər 67
Leyla Serbiyada bürünc medal qazandı - FOTO

Azərbaycanın yeniyetmə badmintonçusu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən "Serbian U-17 International" turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.

Camalzadə ilk görüşdə Rumıniya təmsilçisi Ariana Qiurqievə 2:0 (21:5, 21:6) hesabı ilə qalib gəlib. Badmintonçu 1/16 finalda Xorvatiya idmançısı Maya Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22:20, 16:21, 21:15).

1/8 finalda Türkiyə badmintonçusu Elanur Taşkıranı 2:0 (21:19, 21:15) hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finalda polşalı Hanna Vileqaya ilə çətin görüşdə qələbə qazanıb – 2:1 (21:7, 15:21, 21:19).

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla Camalzadə turnirin qalibi olan bolqarıstanlı Mariya Popovaya uduzub – 0:2 (16:21, 14:21).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi