Millinin böyük məşqçisi: “Qənaətbəxş nəticədir"

23 İyun 06:00 Boks 360
Millinin böyük məşqçisi: “Qənaətbəxş nəticədir"

Azərbaycan boksçularının Çinin Quyyan şəhərində keçirilmiş Dünya Kubokunda 1 qızıl, 2 bürünc medal qazanması qənaətbəxş nəticədir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında millinin böyük məşqçisi Nəriman Abdullayev bildirib.

O, idmançıların sözügedən yarışda pis çıxış etmədiklərini söyləyib:

"Dünya Kubokunda təşkilatçılıq yüksək səviyyədə idi. Boksçularımız turnirdə pis çıxış etmədilər. Yarışı 1 qızıl və 2 bürünc medalla başa vurduq.

Dünyanın bütün güclü boksçuları Dünya Kubokunda iştirak edirdilər. Bu səbəbdən üç medal qazanmağımızı qənaətbəxş nəticə hesab edirik".

Dünya Kubokunda Səidcəmşid Cəfərov (75 kq) qızıl, Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!