Dünya Kubokunda mübarizə aparacaqlar - İspaniyanın paytaxtı Madriddə

23 İyun 05:20 Atıcılıq 368
Dünya Kubokunda mübarizə aparacaqlar - İspaniyanın paytaxtı Madriddə

Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaqlar.

Sportinfo.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.

İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.

Yarış iyulun 7-12-si aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti