"Neftçi"dən fantastik transfer: "İnter" və "Torino" görmüş müdafiəçi Bakıda - SON DƏQİQƏ

20 İyun 23:00 Neftçi 3 357
"Neftçi"dən fantastik transfer: "İnter" və "Torino" görmüş müdafiəçi Bakıda - SON DƏQİQƏ

"Neftçi" mərkəz müdafiəçisi axtarışlarını bitirib.

Yuri Vernidub bir neçə namizəd arasından seçimini Andrea Qravillonun xeyrinə edib.

"Ağ qaralar" 28 yaşlı arxa xətt oyunçusu ilə bütün detallarda razılıq əldə edib.

Qvadelupadan olan legioner artıq Bakıdadır.

Tibbi müayinədən keçdikdən sonra yeni transfer ictimaiyyətə təqdim ediləcək.

Andreanın "Neftçi"yə qədər çox fantastik karyerası var.

Son mövsümü İtaliya B seriya təmsilçisi "Peskara"da keçirib.

24 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, İtaliyada "Peskara"ya qədər "İnter", "Torino", "Sossuolo", "Askoli", "Benevento" kimi klublarda da forma geyinib.

İtaliyadan başqa Türkiyə ("Adanaspor") və Fransada ("Reims" və "Lorient") legioner həyatı yaşayıb.

Milli komandada keçirdiyi 19 qarşılaşmada 2 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!