Konfrans Liqasında yarışacaq «Zirə» bu gün növbəti transfer əməliyyatını uğurla həyata keçirib.
«Qartallar» Filipe da Silva Tavares Vieyranı sıralarına qatıb.
Qıcasa adı Vyerinha olan portuqaliyalı artıq Azərbaycandadır.
29 yaşlı legioner hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edir. O, 2024-cü ildən formasını geyindiyi «Olimpiakos»da (Nikosiya) 58 oyuna 12 qol vurub.
«Feyrense»nin yetirməsi karyerası ərzində «Sanjoanense», «Salqueyros», «Qondomar», «Akadémiko Viseu», «Espino», «Sao Joao de Ver» və «Beyra-Mar»ın uğurları üçün tər töküb.
Qəsəbə təmsilçisi ötən günlərdə iki yeni oyunçu ilə güclənib. Müdafiəçi Amin Seydiyev "Sabah"dan, qapıçı Maykon Kleyton “Portimonense”dən (Portuqaliya) gəlib.
SPORTİNFO.AZ

