“Neftçi” bu transferdən 200 min avro qabağa düşdü

14:20 Neftçi 382
“Neftçi” bu transferdən 200 min avro qabağa düşdü

Qustavo Klismanın “Neftçi”yə transferinin maliyyə detalları müəyyənləşib.

Sportinfo.az “Record” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar” bu keçid müqabilində Portuqaliya klubu “Santa Klara”ya təzminat ödəyib.

Portuqaliyalılar 26 yaşlı yarımmüdafiəçinin transferindən minimum 500 min avroluq gəlir əldə etməyi planlaşdırırdı.

Lakin klublar sonda 300 min avroda anlaşıblar. Nəticədə “Neftçi” Klismanı məhz bu məbləğə transfer edib.

Qustavo Klisman “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti