“Kimsə çox pul qazanmaq istəyirsə, bizim qələbəmizə mərc edə bilər"

“Kimsə çox pul qazanmaq istəyirsə, bizim qələbəmizə mərc edə bilər"

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda son dünya çempionu Argentina yığması ilə baş tutacaq oyundan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər bir nəticənin mümkün olduğunu söyləyib:

“Kimsə çox pul qazanmaq istəyirsə, bizim qələbəmizə mərc edə bilər. Heç-heçə də sürpriz nəticə sayılar. Amma düşünürəm ki, qələbə tamamilə mümkündür.

Argentina millisinin heyətində tarixin ən yaxşı futbolçularından biri olan Lionel Messi var. Bundan əlavə, onların hər mövqedə çox güclü oyunçuları var”.

Argentina – Avstriya oyunu bu gün keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti