16 yaşlı hücumçu və müdafiəçi ilk dəfə Premyer Liqa komandasında

16:00 Şamaxı 344
16 yaşlı hücumçu və müdafiəçi ilk dəfə Premyer Liqa komandasında

«Şamaxı» rəhbərliyi yerli futbolsevərləri sevindirən addım atıb.

32 ildən sonra ilk dəfə şamaxılı futbolçular ölkə çempionatında özlərini göstərmək imkanı qazanıb.

Klub idarəçilərinin təşəbbüsü ilə iki gənc əsas komandaya cəlb olunub. Bəxtinə gün doğanlardan biri Hüseyn Hüseynov, digəri Fərid Ağasarılıdır.

Hər ikisinin 16 yaşı var və onlarla peşəkar müqavilə imzalanıb.

Hüseynov hücumçudur və ötən mövsüm U-16 Liqasında çıxış eləyib. Çempionatda 21 qol vurub və ikinci bombardir olub.

Ağasarlı isə müdafiəçidir və o da U-16 liqasında oynayıb.

Cütlük qarşıdakı mövsümdə əsas komanda ilə məşq edəcək - həm də fərdi proqram əsasında.

Bu təcrübə «Şamaxı»ya yaxşı tanışdır. Hazırda Premyer Liqanın ən üzdə olan gənclərindən Edqar Ədilxanov hələ 17 yaşında əsas komandanın sıralarına qatılıb.

Hüseyn Hüseynovla Fərid Ağasarılı ilk dəfə Ayxan Abbasovun diqqətini çəkib. Son iki mövsümdə komandanı çalışdırmış mütəxəssis bu cütlüyü hələ 2 ay öncə sınaqlara cəlb eləyib.

Yəni ki, yeni baş məşqçi Azər Bağırovun onların irəli çəkilməsində heç bir xidməti yoxdur. Yaxınlarda «şirlər»lə 3 illik müqavilə bağlamış sükançı hazırda kollektivi təkrar formaoaşdırmaqla məşğuldur.

Onun təyinatından sonra Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov, Uğur Cahangirov (hər ikisi "Karvan-Yevlax") və Ceyhun Bağırzadə ("Qəbələ") düşərgəyə cəlb olunub.

Gedənlərin sayı isə 18-ə çatıb. Alfons Mabula Msanqa, Ravil Qafarov, Sezar Enrike, Bilal İsmayılov, Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tirkoveanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi və Dioqo Balau «Şamaxı» ilə vidalaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti