Domi Massumo "Qəbələ"də qalmayıb.
Konqolu hücumçu ölkəmizdən Ermənistana gedib. 23 yaşlı afrikalı "Alaşkert"lə müqavilə imzalayıb.
"Alaşkert" ötən mövsüm Ermənistan çempionatında 4-cü yeri tutub və Konfrans Liqasına vəsiqə qazanıb.
Onlar başa çatan mövsümdə Premyer Liqamızda 9 qolla "Qəbələ"nin bombardiri olan Massumo ilə 2+1 illik müqavilə imzalayıb.
Ötən iki ildə "Qəbələ"nin formasını geyinmiş ön xətt oyunçusu yeni klubunda nə qədər qazanacaq? Aylıq 10 min dollar.
Növbəti mövsümlərdə isə məvacibi 12 min dollara qədər artırılacaq.
"Zirə", "Şəfa" və "Araz-Naxçıvan"la yaxından maraqlansa da, heç biri Domiyə bu məbləği ödəmək isətəməyib.
SPORTİNFO.AZ

