“Qarabağ” öncə bu məbləğə razılaşmadı, axırda 5 milyon avroya əl sıxışdılar

23 İyun 11:00 Qarabağ 5 722
“Qarabağ” öncə bu məbləğə razılaşmadı, axırda 5 milyon avroya əl sıxışdılar

“Polessye”nin Leandro Andradenin transferi üçün “Qarabağ”a ödəyəcəyi məbləğ müəyyənləşib.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi bu keçid müqabilində 4 milyon avrodan yüksək qazanc əldə edəcək.

Əvvəlcə tərəflərin 2,5 və ya 3 milyonluq avroda ortaq məxrəcə gəldiyi bildirilirdi. Lakin ukraynalı futbol jurnalisti İqor Burbas ağdamlıların 5 milyon avroya qədər gəlir götürəcəyini iddia edib.

26 yaşlı oyunçunun transfer dəyəri 3 milyon avro olaraq göstərilsə də, “Qarabağ” bu məbləğə razılaşmadığından,

Ukrayna klubu daha yüksək pul təklif edib. Bu da ağdamlıları qane edib. Xırda detallar da razılaşdırıldıqdan sonra transfer rəsmən açıqlanacaq.

Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

leandro andrade qarabag 2023 1707922629 129382 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM