“Qarabağ” bir mövqeni iki nəfərdən “boşaltdı” - FOTOLAR

22 İyun 16:20 Qarabağ 833
“Qarabağ” bir mövqeni iki nəfərdən “boşaltdı” - FOTOLAR

“Qarabağ” qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb.

"Qarabağ" Fabian Buntiç və Amin Ramazanova “Qarabağ”ın uğurları naminə göstərdikləri xidmətlərə görə təşəkkür edib, hər ikisinə gələcək karyeralarında uğurlar arzulayıb.

"Qarabağ" ötən gün Bosniya və Herseqovina millisinin qapıçısı - hazırda DÇ-2026-da iştirak edən Martin Zlomisliçin transferini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!