Dünya çempionatında Fransa İraq millisini məğlub edib.
Sportinfo.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:0 hesabı ilə qələbə qazanıblar.
Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.
Matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib.
Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.
Fransa – İraq 3:0
Qollar: Kilian Mbappe, 14, 54, Usman Dembele, 66

