"Bosnia Open"də 1 qızıl, 2 gümüş və 4 bürünc aldılar

23 İyun 05:10 Taekvondo 352
"Bosnia Open"də 1 qızıl, 2 gümüş və 4 bürünc aldılar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada keçirilən "Bosnia Open" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Yarışda Azərbaycan Taekvondo Federasiyasının müxtəlif klublarını təmsil edən yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar.

Allahverdi Məmmədov (+78 kq, gənclər, "Atlet" TK) qızıl, Aliyə Məmmədli (+59 kq, yeniyetmələr, "Altay" TK) və Sadiq Məmmədzadə (53 kq, yeniyetmələr, "Alpman" TK) gümüş mükafat əldə ediblər.

Zəhra Vəliyeva (59 kq, gənclər, "Asiman" TK), Sübhan Rzayev (41 kq, yeniyetmələr, "Alpman" TK), Məhəmməd Bağırov (33 kq, yeniyetmələr, DGK İSM) və Rəsul İsmayılov (59 kq, gənclər, DGK İSM) isə üçüncü yeri tutublar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!