"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Rodriqo Fernandeş bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib.
Əgər buna forma geyinmək demək olarsa...
Rodriqo qış fasiləsində "şirlər"ə cəlb olunmuşdu.
O, mövsümün ikinci yarısında cəmi 5 matçda meydanda olub.
Üst-üstə 70 dəqiqə.
Və aldığı sarı vərəqədən başqa heç nə ilə yadda qalmayıb.
"Şamaxı"ya qədər isə 6 ay klubsuz olub.
Belədə yaxşı skaut sistemi ilə seçilən "tələbələr"in seçimi müəmma yaradıb.
Ki, bunun nəyini transfer ediblər?
Sosial şəbəkələrdə də bu səpkidə suallar çoxdur.
Təbii ki, indi qəti cavab vermək çətindir.
Təcrübədə karyerasının pis dönəmində gəlib burada parlayanlar az olmayıb.
Həmçinin də ümidləri puç edənlər.
Rodriqoda necə olacaq?
Gözləyək yeni mövsümün startını.
XANOĞLAN / SPORTİNFO.AZ

