"Neftçi"nin müqavilə imzaladığı yeni “20” - VİDEO

02:00 Neftçi 147
"Neftçi"nin müqavilə imzaladığı yeni “20” - VİDEO

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

Braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda artıq “Neftçi” ailəsinin üzvüdür.

26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyada - “Vissel Kobe”də çıxış edib.

O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Sportinfo.az braziliyalının əvvəlki klublarında oynadığı matçlar zamanı göstərdiyi performans videosunu təqdim edir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO