“İdman yerində dayanmır, durmadan inkişaf edir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev deyib.
Onun bildirdiyinə görə, ötən ilin yayında Yohan Kroyff İnstitutu ilə imzalanan Əməkdaşlıq Memorandumu ilə bağlı ciddi addımlar atılıb:
“Bu işə artıq start verilib. “Neftçi” İdman Klubunun əməkdaşlarının kurslarda iştirakı iş fəaliyyətinin inkişaf etdirilməsinə və yeniliklərlə tanış olmasına hesablanıb.
Biz də inkişaf etmək, dünyada baş verən innovasiyaları öyrənmək üçün imzalanan Memorandumdan maksimum yararlanmağa çalışmalıyıq. İd
manın inkişafı təkcə məşqçilərlə idmançılardan ibarət deyil. Özümüz də idmandakı yeniliklərlə ayaqlaşmalı, nələrisə öyrənməliyik”.

