“Neftçi”yə qayıtdı: Vernidub indi onu da yoxlayır - FOTOLAR

21:00 Neftçi 397
“Neftçi”yə qayıtdı: Vernidub indi onu da yoxlayır - FOTOLAR

“Neftçi” təlim-məşq toplanışına start verib.

Komandanın ilkin hazırlıq mərhələsi Bakıda baş tutacaq. N

övbəti etapda kollektiv Sloveniyada bir araya gələcək.

Baş məşqçi Yuri Vernidub paytaxtdakı məşqlərdə əvəzedici heyətin bir neçə gəncini gözdən keçirir.

Aralarında kimlərsə ukraynalı çalışdırıcının diqqətini çəkə bilsə, onlar irəliləyən zamanda əsas komandanın məşqlərində iştirak edəcək.

Toplanışa cəlb olunanlar arasında ötən mövsümü “Kəpəz”də keçirmiş futbolçu da var.

Bu, müqavilə ilə “Neftçi”yə məxsus olmasına baxmayaraq, icarə əsasında Gəncə təmsilçisinin formasını geyinmiş Elcan Əbilovdur.

21 yaşlı yarımmüdafiəçi icarədən qayıtdığından, Vernidubun onun “ağ-qaralar”a nə dərəcədə faydalı olduğunu müəyyənləşdirməyə çalışır.

Əbilovun bacarığı baş məşqçini qane etsə, Sloveniya toplanışına aparılacaq. Əks halda yenidən Premyer Liqa klublarından birinə icarəyə veriləcək.

Elcan ötən mövsüm qərb təmsilçisinin heyətində 9 oyunda 177 dəqiqə meydanda olmaqla 1 qola imzasını yazdırıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti