“Qarabağ”dan altıncı transfer xəbəri var - SON DƏQİQƏ

15:00 Qarabağ 583
“Qarabağ”dan altıncı transfer xəbəri var - SON DƏQİQƏ

Avropa Liqasında iştirak edəcək «Qarabağ» transfer bazarında əla sürət yığıb.

Premyer Liqanın vitse-çempionu bir günü də boş keçirmir.

Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. «Köhlən atlar» artıq altıncı yeni oyunçusu ilə anlaşıb.

Həmin legioner kolumbiyalıdır. Kevin Medina ilə yollarını qarşılıqlı razılıq əsasında ayıran klub onun mövqeyində çıxış edən həmyerlisi ilə ortaq məxrəcə gəlib.

Cənubi amerikalı komandanın birbaşa Avstriya toplanışına qoşulacaq. Tibbi baxışdan uğurla keçsə, münasibətlər rəsmiləşəcək.

«Qarabağ» geridə qalan müddətdə 5 əcnəbi oyunçu idə güclənib.

Zakaria Savo ("Aris", Kipr), Jali Muaddib (“Omoniya Aradippou”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya) və Martin Zlomisliç ("Riyeka", Xorvatiya) kollektivin sıralarına qatılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti